"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

Misli Premyer Liqasının 32-ci turunda "Səbail" səfərdə "Sabah" ilə qarşılaşacaq. "Dənizçilər" görüşə itkilərlə çıxacaq. 

Bunu Fanat.Az-a açıqlamasında paytaxt təmsilçisinin sözçüsü Rəşad Məmmədov deyib:

"Heyətdə iki itki var. Adi Mehremiç cəzalıdır. O, 30-cu turda qırmızı vərəqə aldığına görə ötən tur olduğu kimi, yenə oynamayacaq. Zədəli isə uzun müddətdi komandaya kömək etməyəcəyi öncədən bilinən David Qomisdir".

Qeyd edək ki, şənbə günü reallaşacaq "Sabah"- "Səbail" qarşılaşması 19:00-da start götürəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər