"Səbail"in Bakını hansı şəhərə dəyişəcəyi dəqiqləşdi - Stadionda təmir başladı

"Səbail"in Bakını hansı şəhərə dəyişəcəyi dəqiqləşdi - Stadionda təmir başladı

Azərbaycan Premyer Liqasının Bakı klublarından olan "Səbail"in hansı şəhəri təmsil edəcəyi dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər"in Şirvan şəhərinə köçürülməsinə qərar verilib.

Çempionatın autsayderinin harada oynayacağına gəlincə, məkan olaraq Şirvan şəhər stadionu nəzərdə tutulub. Hazırda sözügedən idman qurğusunda təmir işlərinin başlaması da bununla əlaqədardır. Stadion təmir edilərək yararlı vəziyyətə gətiriləndən sonra "Səbail" Bakını Şirvana dəyişəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər