"Səbail"dən növbəti heç-heçə

"Səbail"dən növbəti heç-heçə
"Səbail” 2021/2022 mövsümünə hazırlıq çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib. 
Fanat.Az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv "Qarabağ”ın əvəzediciləri ilə üz-üzə gəlib.
 
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmada qapılara qol vurulmayıb.
 
Qeyd edək ki, "Səbail” ilk yoxlama oyununu "Keşlə”yə qarşı keçirmiş və həmin oyunda da 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər