“Səbail”dən Norveçin liderinə

“Səbail”dən Norveçin liderinə
Yay fasiləsində "Səbail”lə yollarını ayıran qapıçı Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək.
 
Fanat.Az xəbər verir ki, qvatemalalı "Hamarkameratene" klubu ilə razılıq əldə edib. Bu barədə Norveç mətbuatı məlumat yayıb. Hagenin yeni klubu ilə müqavilə imzalamaq üçün Norveçə yola düşdüyü bildirilir.
"Ham-Kam” kimi də tanınan bu klub Norveçin 1-ci divizionunda çıxış edir və hazırda davam edən çempionatda 13 turdan sonra liderdir.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2020/21 mövsümündə "Səbail”də 27 oyuna çıxıb.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər