"Səbail"dən 11 qolluq qələbə

"Səbail"dən 11 qolluq qələbə

I Divizionda yeni mövsümə hazırlaşan "Səbail"in əvəzedici komandası yoxlama oyunu keçirib. 

Fanat.Az xəbər verir ki, Ruslan Qafitullinin komandası Region Liqasında yarışacaq "Mübariz"lə üz-üzə gəlib. "ASCO Arena"da baş tutan görüşdə meydan sahibləri rəqibini 11 cavabsız qolla məğlub edib.  Qeyd edək ki, həvəskarlardan ibarət "Mübariz" komandası bir müddət əvvəl "Kəpəz"lə oyunda eyni aqibəti (0:10) yaşayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər