"Səbail"də yeni icraçı direktor - Kollektivə təqdim olundu

"Səbail"də yeni icraçı direktor - Kollektivə təqdim olundu

“Səbail”də klub üzvlərinin iştirakı ilə iclas keçirilib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun sponsoru olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin (ASCO) mətbuat xidməti məlumat yayıb.   İclasda növbəti mövsümün hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.

ASCO-nun idarə heyətinin  və “Səbail” Müşahidə Şurasınn sədri  Rauf Vəliyev klubun sabiq icraçı direktoru Fərəc Əliyevə  göstərdiyi fəaliyyətə görə təşəkkür edib.  Daha sonra  klubun Müşahidə Şurasının üzvü Firuz Abdullanın icraçı direktor təyin olunması ilə bağlı qərar açıqlanıb. Yeni icraçı direktora işində uğurlar arzulanıb. 

"Səbail" futbol klubunun yeni icraçı direktoru kollektivə təqdim olunub.

Qeyd edək ki, Firuz Abdulla 2017-ci ildən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışırdı. O, bunadək sözügedən departamentdə baş mütəxəssis postunu tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər