"Səbail"də yeni baş direktor - RƏSMİ

"Səbail"də yeni baş direktor - RƏSMİ

“Sumqayıt”ın idman direktoru vəzifəsindən ayrılan Zamiq Hüseynov "Səbail"ə baş direktor təyin olunub. 

Bayıl klubunun icraçı direktoru Fərəc Əliyev Fanat.Az-a açıqlamasında futbol funksionerinin təyinatını təsdiqləyib. 

Zamiq Hüseynov iyulun 1-dən yeni işinin icrasına başlayıb.  

"Səbail"də yeni baş direktor - RƏSMİ Qeyd edək ki, daha öncə Peşəkar Futbol Liqasının Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən “Sumqayıt”ın idman direktoru postunda çalışırdı. O, "gənclik şəhəri" təmsilçisindən iyunun 29-da ayrılıb.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər