"Səbail"də rəhbər posta təyinat

"Səbail"də rəhbər posta təyinat

“Sumqayıt”ın idman direktoru vəzifəsindən ayrılan Zamiq Hüseynovun yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Hüseynov bundan sonra "Səbail"də rəhbər vəzifələrdən birini daşıyacaq.

Futbol funksionerinin Bayıl klubunda baş direktor postuna təyin olunacağı gözlənilir. Təyinat sabah açıqlanacaq. 

"Səbail"də rəhbər posta təyinat

Qeyd edək ki, daha öncə Peşəkar Futbol Liqasının Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən “Sumqayıt”ın idman direktoru postunda çalışırdı. O, "gənclik şəhəri" təmsilçisindən dünən ayrılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər