"Səbail"də koronavirus şoku

"Səbail"də koronavirus şoku

"Səbail" futbol klubunda koronavirusa yoluxma qeydə alınıb.

Fanat.Az xəbər verir ki, "dənizçilər"in əsas komandasının administratoru Elvin Həşimovun testi müsbət nəticələnib.

O, bu səbəbdən karantinə alınıb. Klubdakı digər şəxslərin testi mənfi çıxıb.

Qeyd edək ki, "Səbail" bu gün Azərbaycan Premyer Liqasının VII turunda "Keşlə"ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq. (Report.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər