“Səbail”də istirahət bitdi, hazırlığa start verildi

“Səbail”də istirahət bitdi, hazırlığa start verildi

“Səbail” Premyer Liqanın 2023/24 mövsümünün ikinci mərhələsi üçün hazırlığa start verib.

Fanat.Az xəbər verir ki, komanda baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.

“Səbail” hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. “Miracle Resort” hotelində məskunlaşacaq komanda qonşu ölkədə 2 yoxlama oyunu keçirəcək. Rəqiblər Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər