"Səbail"də ən son durum: Daha 1-i gedir, 2-si vaxt istədi 

"Səbail"də ən son durum: Daha 1-i gedir, 2-si vaxt istədi 

Azərbaycan Premyer Liqasında yerini qoruyan kimi heyətinə əl gəzdirməyə qərar verən "Səbail" klubunda legionerlərdən daha 3-ü barədə durum bəllidir. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qoba Zakpa, Luvaqa Kizito və Qustavo De Fransa ilə yolları ayıran "dənizçilər" Franko Mazureklə bağlı da qərar verib.  Argentinalı yarımmüdafiəçi komandadan göndəriləcək.  

İcarədə olan Maksim Çex ilə Matiya Lyuçiçə gəlincə, hər ikisinin müqaviləsinin müddəti başa çatdığından geri dönüblər. Həm ukraynalı Çex, həm də serb Lyuçiç məxsus olduqları klubla danışıq aparıb razılıq aldıqdan sonra Azərbaycana dönəcəklərinə söz veriblər. Bu mənada Maksim Çexin yenidən Diniyevin rəhbərliyi altında çıxış edəcəyi variantı daha realdır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər