"Səbail" Yunanıstandan dönən futbolçu ilə anlaşdı - RƏSMİ

"Səbail" Yunanıstandan dönən futbolçu ilə anlaşdı - RƏSMİ

"Səbail" daha bir oyunçusu ilə müqavilə müddətini artırıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi qışda Yunanıstanın "Olimpiakos Volos" klubuna icarəyə verdiyi Turan Manafovla yeni anlaşma imzalayıb. 

Müdafiəçi 2023/2024 mövsümünün sonuna qədər "Səbail"in uğurları üçün çalışacaq. 

Qeyd edək ki, "dənizçilər" bundan əvvəl "Zirə"dən Ağabala Ramazanovu transfer edib, heyət üzvlərindən isə Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı və Cabir Əmirli ilə müqavilənin müddətini artırıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər