“Səbail” yeni transferini açıqladı ️- FOTO

“Səbail” yeni transferini açıqladı ️- FOTO

“Səbail” klubunu 2024-cü ildə ilk transferini reallaşdırıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər" son olaraq, Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış etmiş Madi Quetanı heyətinə qatıb.

“Səbail” yeni transferini açıqladı ️- FOTO “Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının formasını geyinmiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb. 

Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin, Qvineya-Bissau yığmasının üzvüdür.

Qeyd edək ki, Madi Quetanın "Səbail"lə anlaşdığını eksklüziv olaraq Fanat.Az xəbər vermişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər