“Səbail” Serbiya klubu ilə yoxlama oyunu keçirəcək

“Səbail” Serbiya klubu ilə yoxlama oyunu keçirəcək

“Səbail”in Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, “dənizçilər” Serbiyanın "Spartak" klubu ilə qarşılaşacaq.

Bu barədə Subotiça təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sözügedən komandaların görüşü yanvarın 16-na planlaşdırılıb.

Xatırladaq ki, Super Liqada mübarizə aparan “Spartak” 19 turdan sonra 18 xalla 11-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər