"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

Həftəsonu "Sabah"a məğlub olaraq avrokubok şansını çətinə salan "Səbail"in korlanan əhvalı bu həftənin əvvəlində yaxşılaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt klubunun düşərgəsində sözün həqiqi mənasında toy əhval-ruhiyyəsi yaşanıb.

Belə ki, bazar ertəsi "Səbail"in əvəzedici komandasının baş məşqçisi Asif Mirilinin toy məclisi olub.

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

33 yaşında subaylığın daşını atan çalışdırıcı əsas komandanın bir çox üzvünü də "Çıraq Palas"a dəvət edib.

Qeyd edək ki, Asif Mirili Premyer Liqada "İnter", "Simurq", "Xəzər Lənkəran", AZAL, "Səbail" klublarında çıxış edib və oyunçu karyerasını məhz sonuncuların heyətində başa vurub.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər