"Səbail" polşalılarla başılayıb serblərlə başa vuracaq

"Səbail" polşalılarla başılayıb serblərlə başa vuracaq

“Səbail”in qış fasiləsi üçün hazırlıq planının detalları bəlli olub. 

Fanat.Az xəbər verir ki, təlim-məşq toplanışını Türkiyədə keçirəcək paytaxt təmsilçisi Antalyaya yanvarın 3-də yollanacaq. 

“Dənziçilər” hazırlıq çərçivəsində 3 sınaq matçı keçirəcək. Mahmud Qurbanovun baş məşqçi olduğu komanda yanvarın 8-də Polşanın “Legiya” (Varşava), 12-də Çexiyanın “Bohemians” (Praqa), 16-da isə Serbiyanın “Spartak” (Subotiça) klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.   Komanda yanvarın 17-da Bakıya qayıdacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər