"Səbail" millinin qapıçısını gətirir

"Səbail" millinin qapıçısını gətirir

"Səbail" klubu heyətinə yeni futbolçu cəlb edəcək. Qapı xəttini gücləndirməyi planlaşdıran paytaxt təmsilçisi yeni qolkiper transfer edəcək. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" Dmitri Çelyadnik ilə maraqlanır. 

Moldova millisinin 31 yaşlı qapıçısı "Şerif"in şərəfini qoruyur. 

Dmitri Çelyadnik 2013-cü ildə "Daçiya"nın ikinci komandasından "Speranza" (Krixana Vele) transfer olunub, 2014-cü ildən sonra isə "Daçiya"ya qayıdıb. Çelyadnik 2015-ci ildə "Dinamo-Avto"ya icarəyə verilib. 2017-ci ildə isə "Petrokub"a keçib. Çelyadnik komandanın tərkibində iki dəfə Moldova çempionatının bürünc mükafatçısı olub. 

2019-cu il Çelyadnik üçün uğulu olub. Belə ki, o, həm "Şerif" klubuna keçib, həm də Moldova millisinə dəvət alıb. Qolkiper "Şerif"in heyətində 38 matçda meydana çıxıb və 13 qol buraxıb. Yığmanın heyətində isə 4 oyuna iştirak edib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər