"Səbail" Manafovun gedişini açıqladı

"Səbail" Manafovun gedişini açıqladı

"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb.

Fanat.Az Bayıl təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Turan Manafovla yollar ayrılıb.

Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Manafov ötən yazda Yunanıstanın 2-ci liqa təmsilçisi "Olimpiakos Volos"dan ayrılaraq onu icarəyə göndərən "Səbail"ə qayıtmışdı. O, başa çatan mövsümdə "dənizçilər"in heyətində 17 çempionat matçına çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan Kubokunda 1 görüş keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər