"Səbail" Gürcüstanda ilk sınaq matçına çıxdı

"Səbail" Gürcüstanda ilk sınaq matçına çıxdı
"Səbail" Tiflis toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi yerli "Şevardeni" ilə üz-üzə gəlib.
Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Dənizçilər"in qolunu matçın 78-ci dəqiqəsində Rauf Əliyev vurub.
"Səbail" daha öncə Bakıda 3 yoxlama oyunu keçirmişdi. "Keşlə" (1:1) və "Qarabağ"ın əvəzediciləri ilə (0:0) bərabərə qalan paytaxt təmsilçisi "Qəbələ"yə 2:3 hesabıyla yenilmişdi.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər