"Səbail" Gürcüstan klubuna qalib gəldi

"Səbail" Gürcüstan klubuna qalib gəldi

Gürcüstanda təlim-məşq toplanışında olan "Səbail" klubu növbəti yoxlama oyununu keçirib.

Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi yerli "Qaqra" komandası ilə qarşılaşıb.

Mahmud Qurbanovun yetirmələri 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Səbail" Gürcüstan toplanışındakı ilk sınaq oyununda Tbilisi "Dinamo"suna 0:2 hesabı ilə məğlub olmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər