"Səbail" fasilədən necə yararlanacaq? - AÇIQLAMA

"Səbail" fasilədən necə yararlanacaq? - AÇIQLAMA

Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə davam edir. 5-ci turdan sonra komanda üzvlərinə istirahət verən "Səbail" bu gün yenidən bir araya gələcək. 

Bu barədə Fanat.Az-a "dənizçilər"in baş məşqçisi Şahin Diniyev məlumat verib. 

"Bu gündən məşqləri bərpa edirik. Komanda natamam heyətlə bir araya gələcək. Əsas milliyə və U-21-ə gedən futbolçularımız var. Konkret, əsas heyət üzvlərimizdən Səlahət Ağayev və Yusif Vəliyev yığmadadır. Həftəlik tsiklə uyğun məşq edəcəyik. Sentyabrın 11-də isə yoxlama oyunu planlaşdırırq. Həmin gün "Səbail"in əvəzedici komandası ilə oynayacağıq".

Qeyd edək ki, "Səbail" 5 turdan sonra 7 xal toplayaraq 6-cı pillədə qərarlaşıb. Komanda son iki turda "Turan Tovuz" (3:1) və "Qarabağ"ı (2:1) məğlub edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər