"Səbail" daha bir futbolçusuyla müqaviləni yenilədi

"Səbail" daha bir futbolçusuyla müqaviləni yenilədi

“Səbail” klubu yarımmüdafiəçi Tural Bayramlı ilə müqavilənin müddətini uzadıb.

Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi daha iki il “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, Tural Bayramlı yanvarın 13-dən “Səbail”də çıxış edir. O, bu mövsüm “Səbail”in heyətində Azərbaycan Premyer Liqasında 9 oyunda meydana çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər