"Sabah" Aleksey Kaşukun transferi üçün Donetsk "Şaxtyor"u ilə razılaşmağa çalışır.
Fanat.Az xəbər verir ki, Bakı klubunda icarə əsasında çıxış edən yarımmüdafiəçi ilə bağlı danışıqların detalları bəlli olub.
"Sport.ua" Ukraynanın gənclərdən ibarət milli komandasının üzvünün Azərbaycanda qalmaq şansının o qədər də böyük olmadığı iddia edib. Donetsk klubu Kaşuk üçün azı 1,5 milyon avro istəyir, "Sabah" isə bir milyondan artıq ödəməyə hazır deyil.
Ukraynalı futbolçunun Belçikadan da təklifi var. "Vesterlo" ona görə "Şaxtyor"a 2 milyon avro ödəməyə hazırdır.
Kaşuk “Sabah”ın heyətində 28 matça çıxıb, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.
Mirağa