Samir Əliyev AFFA-ya yerli-gəlmə fərqini göstərir: ardıcıl 3-cü qələbə

Samir Əliyev AFFA-ya yerli-gəlmə fərqini göstərir: ardıcıl 3-cü qələbə

Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət yığmamız hazırlıq çərçivəsində bu gün son yoxlama matçına çıxıb. Fanat.Az xəbər verir ki, seçməmizin rəqibi şimali makedoniyalı həmyaşıdları olub. Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Samir Əliyevin komandasının qollarını Mustafa Yıldırım və Samir Abdullayev vurub.

Qeyd edək ki, tərəflərin yanvarın 25-də keçirilmiş ilk sınağında bizimkilər 2:0 hesablı qələbə qazanıb. Təmsilçimiz daha öncə Türkiyənin "Alanyaspor” klubunun U-19 komandasını da 4:2 hesabıyla yenmişdi.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər