Samir Abasov "Sumqayıt"ın baş məşqçisi oldu - RƏSMİ

Samir Abasov "Sumqayıt"ın baş məşqçisi oldu - RƏSMİ

"Sumqayıt"ın yeni baş məşqçisinin adı açıqlanıb. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

"Gənclik şəhəri" təmsilçisi Samir Abasova tapşırılıb.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. O, bu postda belaruslu Aleksey Baqanı əvəzləyib.

Komanda bu gün yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk məşqini keçirəcək. Saat 16:30-da “Kaptial Bank Arena”da start götürəcək məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq. Bu müddət ərzində Samir Abasov KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, Samir Abasov 2015 - 2018-ci illərdə "Sumqayıt"a rəhbərlik edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər