Misli Premyer Liqasında XIV tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Şamaxıda keçirilib.
Autsayderlərin - "Şamaxı" ilə "Sumqayıt"ın duelində 6 qol qeydə alınıb. Meydan sahibləri inamlı qələbə qazanıb - 4:2.
Beləliklə, Vüqar Əsgərlinin baş məşqçi olduğu komanda "zirzəmi"dən uzaqlaşaraq turnir cədvəlində mövqeyini bir qədər yaxşılaşdırıb.
Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günü keçiriləcək.
Misli Premyer Liqası XIV tur 11 noyabr
“Şamaxı” – “Sumqayıt” 4:2 Qollar: Rövşən Şahmuradov, 8, Nihad Quliyev, 33, Kamran Quliyev, 62, 66 - Vüsal İsgəndərli, 14, Rüfət Abdullazadə, 69.
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 21. Qurban Səfərov Baş məşqçi: Vüqar Əsgərli
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 43. Riçard Qadze, 12. Todor Todoroski, 22. Damian Daniçiç Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç Baş məşqçi: Samir Abasov
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu VAR: Əliyar Ağayev AVAR: Zeynal Zeynalov Hakim-inspektor: Zöhrab Qədiyev Şamaxı şəhər stadionu.
