Şahin Diniyevin “Səbail”dəki köməkçiləri təqdim olundu

Şahin Diniyevin “Səbail”dəki köməkçiləri təqdim olundu

Bu gün “Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin komanda ilə iclası baş tutub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi oyunçularla tanış olub.

O, məşqçilər korpusunun yeni üzvlərini komandaya təqdim edib.

Klubdan verilən məlumata görə, Azər Məmmədovla Kərim Diniyev baş məşqçinin köməkçisi təyin olunub. Elmir Xankişiyev fiziki hazırlıq üzrə məşqçi təyin olunubsa, Fuad Əsədov qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, “dənizçilər” sabah qış təlim-məşq toplanışı çərçivəsində Antalyaya yola düşəcəklər.

Şahin Diniyevin “Səbail”dəki köməkçiləri təqdim olundu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər