Şahin Diniyevin “Səbail”dəki köməkçiləri bəlli oldu

Şahin Diniyevin “Səbail”dəki köməkçiləri bəlli oldu

“Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin paytaxt klubu ilə müqaviləsinin müddəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Artıq onun köməkçilərindən də ikisinin adına aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, Xaliq Mərdanov və Azər Məmmədov paytaxt klubunda Diniyevə yardım göstərəcəklər. Hansı ki, onlar əvvəllər də Diniyevlə birgə çalışıblar.

Xatırladaq ki, Diniyev “Səbail”də ötən gün istefaya göndərilmiş Mahmud Qurbanovu əvəz edib. Təcrübəli məşqçi əvvəllər “Terek” (Qroznı, Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını və Azərbaycan milli komandasını çalışdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər