Sadıq Sadıqov: "Neftçi"ni çempionluq mübarizəsində dayandırdılar"

Sadıq Sadıqov: "Neftçi"ni çempionluq mübarizəsində dayandırdılar"
"Hamı "Neftçi"nin transfer etməməsindən danışır. Niyə? "Xəzər Lənkəran"la oyunda neçə oyunçumuz meydandan qovuldu? O futbolçular həmin turdan etibarən oynasaydılar, komanda bu günə düşməzdi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Sadıq Sadıqov deyib.
 
Prezident "Qarabağ"la oyundan danışıb: "Neftçi"yə qarşı bu cür haqsızlıq olursa, transferlərə nə ehtiyac var? O qədər pul xərcləyib futbolçu almağın nə mənası var? Artıq "Neftçi"ni çempionluq mübarizəsində tam dayandırdılar. Hər şey göz qabağındadı. "Qarabağ" qələbəsini ilk hissədə qazanırdı. Araz Abdullayevi haqsız yerə meydandan qovmaqla niyə bu cür söz-söhbətlərin yaranmasına, futbolçular arasında münasibətlərin pozulmasına səbəb olurlar? Elə suallar var ki, PFL prezidenti Ramin Musayevə ünvanlanmalıdı".
dailysport.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər