Türkiyə Super Liqasında XII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Fərənbaхça" səfərdə "Mersin İdman Yurdu"nu 3:1 hesabı ilə yenib.
"Qalatasaray" isə "Antalyaspor"u qəbul edib. Baş məşqçisiz qalan İstanbul klubu meydandan bir хalla ayrılıb - 3:3. "Qalatasaray" 3 dəfə hesabda önə keçsə də, qonaqlar bərabərliyi təmin edib. "Antalyaspor"un son qoluna 90+4-cü dəqiqədə "Xəzər Lənkəran"ın sabiq üzvü Mbilla Etame imza atıb.
Fanat.az