Sabiq "Xəzər Lənkəran"lı "Qalatasaray"da?

Sabiq "Xəzər Lənkəran"lı "Qalatasaray"da?

Hamza Hamzaoğlunu istefaya göndərən "Qalatasaray" hələ yeni baş məşqçisinin adını açıqlamayıb. Fanat.az хəbər verir ki, Türkiyə mətbuatı bu posta 4 namizəd göstərib.

İddiaya görə, hazırda bu posta Mustafa Dənizli, Kristof Daum, Tuqay Kərimoğlu və Ersun Yanal namizəddi. Bəzi mətbuat orqanları artıq "Qalatasaray"ın "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli ilə anlaşdığını yazıb.

Bu arada Ümit Davala "Twitter"dəki bioqrafiyasında iş yerini "GalatasaraySK Tec.Director" olaraq dəyişib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər