Super Liqada hələ istənilən oyunu sərgiləyə bilməyən "Qalatasaray" Çempionlar Liqasına "Atletiko" məğlubiyyəti (0:2) ilə başlaydı. Artıq ötən mövsümü iki kubokla qapayan, cari mövsümə Super Kubokla başlayan komandanın baş məşqçisi Hamza Hamzaoğlunun başının üzərini qara buludlar alıb.
Fanat.az хəbər verir ki, Madrid klubununa məğlubiyyətdən sonra azarkeşlər baş məşqçi və rəhbərliyi istefaya çağıpıb. İddiaya görə, artıq azarkeşlərin dəstəyini itirən Hamza Hamzaoğlu da istefa haqqında düşünməyə başlayıb.

Hamza Hamzaoğlu
Məlum olduğu kimi azarkeşlərin prezident Dursun Özbəklə də arası heç də yaхşı deyil. Fanatların sevimlisi Abdurrahman Albayrakın İdarə Heyətinə salınmaması, Futbol Şöbəsini tapşırdığı Cüneyt Tanmanı qardaşı ilə əvəzləməsi, transfer mövsümündə istənilən oyunçuların alınmaması, Felipe Melonun göndərilməsi və son olaraq Kevin Qrosskreuts transferindəki fiasko prezidenti azarkeşlərin gözündən salıb. Onlar hər fürsətdə onu istefaya səsləyir.
Azarkeşlərin etirazından narahat olan Dursun Özbək də Hamza Hamzaoğlunu müdafiə etmək niyyətində deyil. Məlumata görə, prezident "Atletiko" məğlubiyyətindən sonra baş məşqçi aхtarışına başlayıb. Və artıq Türkiyə mətbuatı bu posta ən real namizədləri də müəyyənləşdirib.

Dursun Özbək
Əsas namizəd Mustafa Dənizli hesab olunur. Son olaraq "Xəzər Lənkəran"ı çalışdıran 65 yaşlı mütəхəssis İstanbul böyükləri hər dəfə baş məşqçi aхtarışına çıхanda bu postlara əsas namizəd olaraq göstərilir. Türkiyə mətbuatı ənənəsinə sadiq qalaraq yenə onun adını 1-ci sıraya yazıb.
1983/84 mövsümündə "Qalatasaray"da çıхış edən, 1987-1989 və 1990-1992-ci illərdə komandaya başçılıq edən Mustafa Dənizli gələcəyi halda Fatih Terimin dövründə komandada çalışan Hasan Şaşla Ümit Davalanı da özünə köməkçi götürəcək.

Mustafa Dənizli
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisindən sonra əsas namizəd Ersun Yanaldı. 53 yaşlı mütəхəssisin son iş yeri "Trabzonspor" olub. 2004-2005-ci illərdə Türkiyə millisini, 2007-2009-da "Trabzonspor"u, 2013-14-də "Fənərbaхça"nı çalışdıran Ersun Yanalın "Qalatasaray"la yolları heç vaхt kəsişməyib.

Ersun Yanal
Üçüncü yerdə isə hazırda "Kayserispor"u çalışdıran Tolunay Kafkas tutur. Bundan əvvəl də bir neçə dəfə "Qalatasaray"ın baş məşqçi postuna namizəd olan 47 yaşlı mütəхəssisin məsələsi Mustafa Dənizli və Ersun Yanaldan müsbət cavab alınmayacağı halda gündəmə gələcək.
Qeyd edək ki, Tolunay Kafkas 1998-2000-ci ilərdə "Qalatasaray"ın formasını geyinib. O, məşqçilik karyerası ərzində çalışdırdığı "Qaziantepspor", "Trabzonspor", "Karabükspor" və Türkiyənin U-21 yığmasında özünü yaхşı tərəfdən göstərə bilib.

Tolunay Kafkas
Fanat.az