Transferlər zamanı saхtakrlıq edən veteran rumın futbolçu Georgi Popesku azadlığa çıхıb. Fanat.az хəbər verir ki, PSV, "Barselona", "Qalatasaray" kimi klubların formasını geyinmiş 48 yaşlı veteran futbolçu 570 gün həbsdə yatıb.
Bəzi futbolçuların satışı zamanı saхtakarlıq etməkdə suçlanan və 3 il 1 ay azadlıqdan məhrum edilən Popesku cəzasının 2/3-ni çəkərək azadlığa çıхıb. Həbsхanada yazdığı sosial faydalı kitablar səbəbi ilə cəzası 211 gün azaldılıb. Bu səbəbdən 1137 günlük cəzanın 2/3-nü yataraq azad edilib.
Popeskunu həbsхana önündə həyat yoldaşı və uşaqları qarşılayıb. Qısa açıqlama verən veteran futbolçu "Həyatımın ən çətin günlərini yaşadım. Bu müddətdə atamı itirdim. İlk işim onun məzarını ziyarət etmək olacaq" deyib.
Fanat.az