Sabiq "Qəbələ"li Estoniya klubunda

Sabiq "Qəbələ"li Estoniya klubunda
"Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyov komandasını dəyişib.
Fanat.Az xəbər verir ki, son olaraq Qazaxıstan "Şaxtyor"unun (Karaqanda) formasını geyinmiş estoniyalı hücumçu ölkəsinin "Flora" klubuna keçib.
32 yaşlı forvard Tallin təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2015-2017-ci illərdə "Qəbələ"nin şərəfini qoruyan Sergey Zenyov əyalət təmsilçisinin heyətində 47 oyunda 8 qol vurub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər