"İnter" "Neftçi" ilə oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze Ruslan Əmircanovun xidmətindən məhrum olub.
Vitse-kapitan zədə səbəbindən oyunu kənardan izləyəcək. Onun "Neftçi" matçınadək sağalacağı gözlənilsə də, bu baş verməyib. Onunla yanaşı, hazırda Almaniyada olan Sezar Meza Kolli də oynamayacaq.
Qeyd edək ki, Əmircanov "İnter"dən əvvəl "Neftçi"də top qovub.
Fanat.az