"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov "Qəbələ" üzərindəki 2:1-lik səfər qələbəsindən sonra jurnalistlərə müsahibə verib. Fanat.Az həmin müsahibəni sizə təqdim edir: - Oyunla bağlı fikirlərin maraqlıdır... - Qəbələdə oynamaq hər zaman çətindir. Çünki hava bürkü olur, nəfəs almaq çətinləşir. Bütün komandalar burada əziyyət çəkir. Şükürlər olsun ki, qələbə qazandıq. Düzdür, yaxşı oynamadıq. Amma mövsümün əvvəlidir. Get-gedə daha yaxşı oynayıb, daha çox qələbələr qazanmaq istəyirik. - Bu gün fərqli mövqedə oynadınız. Çətin olmadı ki? - Peşəkar futbolçuyuq. Baş məşqçi məni harada görürsə, orada oynamağa və özümü göstərməyə hazıram. - Mövsümə iki qələbə ilə başlamağınız ictimaiyyət üçün sürpriz oldu. Özünüz üçün necə? - Bizim üçün sürpriz olmadı. Çünki hazırlaşmışdıq. Bilirik ki, ötən mövsümü pis oynamışıq. Dediyim kimi, hələlik mövsümün əvvəlidir. Hədəfimiz turdan tura daha yaxşı oynamaq, mövsümü daha yuxarı pillələrdə başa vurmaqdır. - Ötən tur "Sabah"la oyunun təxirə salınması sizin üçün yaxşı oldu, yoxsa pis? - Elə də fərq olmadı. Oynasaq da, oynamasaq da, mənə görə eyni şey idi. Düzdür, oynasaydıq, daha yaxşı olardı. - Nə mənada yaxşı olardı? Yəni "Partizan"a qarşı oyunu düşünən rəqib meydançaya ikinci heyətlə çıxa və siz də bundan istifadə edib qələbə qazana bilərdiniz? - Yox, rəqib baxımından yox, özümüzə görə dedim. Çünki nə qədər çox oynasaq, o qədər tez formaya düşərik. Sadəcə, rəqibin avrokuboklarda daha yaxşı çıxışına kömək üçün bu addım atıldı. - I Liqa təmsilçisi MOİK-ə qarşı oynamaqla bu boşluğu nə dərəcədə doldura bildiniz? - Düşünürəm ki, MOİK "Sabah" olmasa da, onlarla oynamaq xeyirimizə oldu. Hər halda, məşqdən oyun daha yaxşıdır. - Yenidən milliyə dəvət gözləyirsən? - Milliyə hər zaman dəvət gözləyirəm. Bu mənada forma yığıb hazırlıqlı olmalıyam. Amma dəvət edib-etməmək millinin baş məşqçsinin verəcəyi qərardı və o da hansı qərarı versə, hörmətlə yanaşacam. Mirağa
"Sabah"la oyunumuz təxirə salınmasaydı, daha yaxşı olardı" - "Sumqayıt" müdafiəçisi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
09:51
06.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:25
06.10.2026
Azərbaycan Kuboku: Bu gün "ikinci cəbhə" açılacaq
Azərbaycan futbolu
22:18
05.10.2026
"Seçmə mərhələni müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik"
Azərbaycan futbolu
21:53
05.10.2026
“Neftçi” - “Sabah” matçına bilet satışı davam edir