"Sabah" Futbol Klubu müsabiqə elan edib.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb:
Azarkeşlər arasında aparılacaq müsabiqənin şərtləri belədir:
SABAHLA AVROPAYA! Əziz azarkeşlər, bu il “Sabah” tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Bu tarixi anları bizimlə yaşamaq üçün #SabahlaAvropaya müsabiqəsinə qoşula bilərsiniz. Müsabiqənin qalibləri Avropada keçirəcəyimiz oyunlara komandamızla birgə gedəcək. Müsabiqəyə qoşulmaq üçün:
1. Azərbaycan Premyer Liqasının 2022-23-cü illər mövsümünün sonuna qədər oyunlarımıza gəlin.
2. Oyundan selfinizi çəkib, aşağıdakı qeydiyyat formasına əlavə edərək bizə göndərin.
3. Qeydiyyat hər oyundan sonra 24 saat ərzində doldurulub, göndərilməlidir.
Qeyd: Selfi verilmiş nümunəyə uyğun olmalıdır. Fotoda həm siz, həm də meydança aydın görünməlidir.
Müsabiqəyə mövsümün sonunda yekun vurulacaq və müsabiqə şərtlərinə tam əməl edən iştirakçılar arasından 3 nəfər qalib seçiləcək.
Selfi göstərilən nümunəyə uyğun olmalıdır. Fotoda həm siz, həm də meydança aydın görünməlidir.
