"Sabah"ın zədəli futbolçusunun durumuna aydınlıq gəldi

"Sabah"ın zədəli futbolçusunun durumuna aydınlıq gəldi

Premyer Liqanın 11-ci turunda “Neftçi” ilə oyunda zədələnən “Sabah”ın futbolçusu Aleksey Kaşukun durumuna aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, MRT müayinəsinin nəticəsinə əsasən, 22 yaşlı oyunçuda hansısa qırıq aşkarlanmayıb.

Hazırda ukraynalı oyunçunun müalicəsi davam etdirilir. Kaşukun növbəti qarşılaşmaya kimi hazır olub-olmayacağı hələlik məlum deyil.

“Sabah” səfərdə “Neftçi”yə 3:2 hesabı ilə qalib gəlib. Kaşuk zədələndiyi üçün 77-ci dəqiqədə yerini İldar Ələkbərova verib. Sözügedən komanda növbəti turda “Qəbələ”ni qəbul edəcək. Oyun oktyabrın 30-da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər