"Sabah"ın yeni transferi: "İstəyim avrokuboklara vəsiqə qazanmaqdır"

"Sabah"ın yeni transferi: "İstəyim avrokuboklara vəsiqə qazanmaqdır"

Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Sabah”ın yeni transferi Abdulaye Ba klubun saytına müsahibəsində Masazır təmsilçisinin heyətinə keçidi, təlim-məşq toplanışı və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Fanat.Az həmin müsahibəni təqdim edir:

– Burada olduğum üçün çox şadam. “Sabah” ailəsinin üzvü olmaq qürurvericidir. Bu, mənim üçün yeni çağırışdır. İnanıram ki, “Sabah”la birlikdə uğurlu mövsüm keçirəcəyəm.

– Artıq bir neçə gündür komanda ilə məşqlərdə iştirak edirsən. İlkin təəssüratların necədir?

– Komanda daxilində çox yaxşı, müsbət atmosfer var. Yeni komandama çox tez uyğunlaşdım. Yeni mövsümdə uğur qazanmaq üçün komandamızın yaxşı potensialı var.

– “Sabah”da əsas məqsədin nədir?

– Əsas istəyim komanda ilə avrokuboklara vəsiqə qazanmaqdır. Bilirəm, bu yolda bizi çətin sınaqlar gözləyir. Lakin mən buna hazıram. İnanıram ki, biz komanda olaraq birlikdə daha güclü olacağıq.

– Sənin böyük qardaşın Samba Ba vaxtilə Azərbaycanda çıxış edib. “Sabah”dan təklif gələndə bu barədə onunla danışdın?

– Bəli, mənim böyük qardaşım Samba Ba vaxtilə Azərbaycanın “Karvan” klubunda oynayıb. Onun Azərbaycanda dostları və yaxşı təcrübəsi var. Buna görə təklifə müsbət cavab vermək mənim üçün asan oldu.

– Sonda komandamızın tərəfdarlarına nə demək istərdin?

– Onların məni qarşılamasından çox məmnun oldum. Azarkeşlərimizə demək istərdim ki, onların da dəstəyi ilə yeni mövsümdə hədəflərimizə çatacağımıza inanıram.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər