"Sabah"ın yarımmüdafiəçisi Latviyada debüt etdi

"Sabah"ın yarımmüdafiəçisi Latviyada debüt etdi

“Sabah”ın yarımmüdafiəçisi Şakir Seyidov Latviyanın “Dauqavpils” komandasında debüt edib. 

Fanat.Az xəbər verir ki, o, Latviya çempionatının 8-ci turu çərçivəsində baş tutan “Metta” ilə oyunun iştirakçısı olub.   “Dauqavpils” bu rəqibi doğma meydanda qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Seyidov 77-ci dəqiqədə meydana buraxılıb. 

“Dauqavpils” Şakiri bir neçə gün öncə “Sabah”dan icarəyə götürüb. Bu komandada “Neftçi”dən icarəyə götürülmüş Asim Əlizadə də çıxış edir. Hansı ki, o da “Metta” ilə matçın 64-cü dəqiqəsində meydana buraxılıb.

“Dauqavpils” 8 turdan sonra 12 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər