“Sabah”ın rəqibindən əzmkar qələbə

“Sabah”ın rəqibindən əzmkar qələbə

"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Partizan" Serbiya çempionatında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Belqrad təmsilçisi 3-cü turda "Radniçki”ni qəbul edib.

“Sabah”ın rəqibi bu oyundan əzmkar qələbə ilə ayrılıb - 2:1. Bu qələbədən sonra xallarını 7-yə çatdıran paytaxt klubu üçüncü pilləyə yüksəlib.

"Sabah"la "Partizan" arasında ilk oyun Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşbı. Cavab görüşü avqustun 17-də Belqradda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər