“Sabah”ın qapıçısı Yusif İmanov Azərbaycan Premyer Liqasında 10-cu “quru oyun”unu keçirib. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı qolkiperin yubileyi 13-cü turda “Səbail”lə görüşə təsadüf edib – 2:0. İmanov mövsümdəki 13-cü matçında 7-ci dəfə qapısını toxunulmaz saxlayıb. Premyer Liqada ötən çempionat debüt edən oyunçu 7 görüşdən üçündə qol buraxmayıb. Çərçivə qoruyucusu 20 yaş 40 günlüyündə quru oyunların sayını 10-a çatdırıb. O, 21-ci əsrdə Azərbaycan çempionatlarında 10 matçda qol buraxmayan ən gənc qapıçıdır. Bu, ümumilikdə yarışın 30 illik tarixində 7-ci nəticədir. Yalnız 6 qapıçı “10”a daha gənc yaşında çatıb ki, bunların hamısı ötən əsrdə qeydə alınıb. Mütləq rekord isə Dmitri Kramarenkoya məxsusdur – 17 yaş 297 günlük.
"Sabah"ın qapıçısından əsrin rekordu
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
10:09
06.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:25
06.10.2026
Azərbaycan Kuboku: Bu gün "ikinci cəbhə" açılacaq
Azərbaycan futbolu
22:18
05.10.2026
"Seçmə mərhələni müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik"
Azərbaycan futbolu
21:53
05.10.2026
“Neftçi” - “Sabah” matçına bilet satışı davam edir