“Sabah”ın oyunlarının başlama vaxtı açıqlandı

“Sabah”ın oyunlarının başlama vaxtı açıqlandı

“Sabah” basketbol klubunun FİBA Avropa kubokunda 2023/2024 mövsümünün təsnifat mərhələsində keçirəcəyi oyunların başlama vaxtı açıqlanıb.

Fanat.Az xəbər verir ki, A qrupunda qərarlaşan Azərbaycan çempionu oyunlarını axşam saatlarında keçirəcək.

Avropa kubokunun debütantının “Donar” (Qroningen, Niderland) və “Rapid”lə (Buxarest, Rumıniya) görüşü saat 19:30-da, “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşması isə saat 22:30-da start götürəcək.

Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

FİBA Avropa kuboku A qrupu

2 oktyabr 19:30. Donar (Qroningen, Niderland) – Sabah Stokpe. Boris Traykovski adına İdman Mərkəzi

3 oktyabr 22:30 Sabah – Rabotniçki (Skopye, Şimali Makedoniya) Stokpe. Boris Traykovski adına İdman Mərkəzi

5 oktyabr 19:30 Rapid (Buxarest, Rumıniya) – Sabah Stokpe. Boris Traykovski adına İdman Mərkəzi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər