"Sabah"ın müdafiəçisi iş yerini dəyişir

"Sabah"ın müdafiəçisi iş yerini dəyişir

"Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə iş yerini dəyişməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi ilə müqaviləsinin müddəti gələn ayın 30-da başa çatacaq futbolçuya yeni anlaşma təklif edilməyib.

Onun xidmətində "Sumqayıt", "Kəpəz" və "Turan Tovuz" maraqlıdır.  Həsənalızadənin 2010-2018-ci illər aralığında heyətində olduğu "kimyaçılar"a qoşulmaq ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, 30 yaşlı Bəxtiyar bu mövsüm "Sabah" forması ilə 19 çempionat matçına çıxaraq 1 qol vurub, 2 dəfə komanda yoldaşlarına assistentlik edib. Azərbaycan Kubokunda 3 qarşılaşmada forma şansı qazanan arxa xətt oyunçusu 1 qol və eyni sayda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər