"Sabah"ın məşqçisi: "Bərbad başlanğıc oldu"

"Sabah"ın məşqçisi: "Bərbad başlanğıc oldu"

Azərbaycan Premyer Liqasının XXIV turunda "Sabah" səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə uduzub. 

Fanat.Az xəbər verir ki, paytaxt klubunun məşqçisi Artur Olenin matçdan sonra keçirilən mətbuat konfransında qələbəni belə şərh edib: 

"İlk hissəyə çox pis başladıq. Heç nə istədiyimiz kimi olmadı. Bərbad başlanğıc oldu. İkinci yarıda da müdafiədə yol verdiyimiz kobud səhvlər nəticəsində qollar buraxdıq. Buna görə də, məğlub olduq.

Yəqin ki, rəqibləri düzgün qiymətləndirmirik. Böyük ehtimalla, son xal itkilərinin səbəbi bizə qarşı oynayan rəqiblərin bizdən daha yaxşı oyuna köklənməsidir".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər