"Sabah"ın legioneri "Qarabağ"la oyuna görə üzgündür: "Üç xal əlimizdən çıxdı"

"Sabah"ın legioneri "Qarabağ"la oyuna görə üzgündür: "Üç xal əlimizdən çıxdı"

Misli Premyer Liqasının mərkəzi oyununda "Qarabağ"la "Sabah" üz-üzə gəlib. Dördü penaltidən olmaqla, 6 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib. Hərçənd, 90+5-ci dəqiqəyə kimi "Sabah" hesabda öndə olub. Ağdamlılar hakimin final fiti ərəfəsində məğlubiyyətdən xilas ola bilib.

"Sabah"ın niderlandlı yarımmüdafiəçisi Jarl Marqarita Fanat.Az-a verdiyi açıqlamada 3 xaldan məhrum olduqlarına görə üzüldüklərini bildirib:

"Məncə, yaxşı futbol oynadıq. Gőrdűyűnűz kimi, rəqibi təzyiqdə saxladıq. Təəssűf ki, 3 xal əlimizdən çıxdı. Amma bu, futboldur".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər