“Sabah”da icarə əsasında çıxış edən braziliyalı futbolçu Lukas Rangel müqavilə ilə məxsus olduğu Ukraynanın “Vorskla” klubuna qayıtmaq istəmir.
Fanat.Az xəbər verir ki, bunu 26 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlamasında deyib.
Cari mövsümün sonunda Bakı klubu ilə olan anlaşmasının müddəti başa çatacaq forvard hələ gələcəyi ilə bağlı qərar vermədiyini söyləyib:
“Ukraynada oynamış həmkarlarımla çox danışıram. Heç kim ora dönmək niyyətində deyil. Artıq başqa klublar da mənimlə maraqlanır. Hər şeyi təhlil etdikdən sonra addım atacağam. İstənilən halda, özümü Avropadan kənarda görmürəm”.
Xatırladaq ki, Lukas Rangel Ukraynada müharibə başladıqdan sonra ölkəni tərk edib.