"Sabah"ın legioneri Gürcüstan yığmasına qol vurdu

"Sabah"ın legioneri Gürcüstan yığmasına qol vurdu

“Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın U-21 millisinin heyətində növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, gənc futbolçu Gürcüstanın U-21 yığması ilə matçda iştirak edib.   Qoridə, Tengiz Burcanadze adına stadionda keçirilən matçda start heyətində meydana çıxan Kaşuk fərqlənib. O, 1:1 hesablı bərabərliklə nəticələnən qarşılaşmada komandasının yeganə qoluna imza atıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər