“Sabah”ın futbolçusu Ukrayna yığmasına çağırıldı

“Sabah”ın futbolçusu Ukrayna yığmasına çağırıldı

“Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın U-21 yığmasına dəvət alıb.

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Gənc futbolçu qarşıdakı yoldaşlıq görüşləri üçün baş məşqçi Ruslan Rotan tərəfindən komandaya dəvət edilib. O, Danimarka və İtaliya ilə keçiriləcək görüşlərin iştirakçısı olacaq.

Ukrayna yığması martın 24-də Danimarka, bundan üç gün sonra isə İtaliya ilə üz-üzə gələcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər