“Sabah”ın futbolçusu Ukrayna millisinə dəvət aldı

“Sabah”ın futbolçusu Ukrayna millisinə dəvət aldı

“Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.

Fanat.Az xəbər verir ki, məlumatı yerli assosiasiyanın rəsmi saytı yayıb.    O, noyabrın 19-da İsrail, noyabrın 21-də Gürcüstanla yoldaşlıq matçları üçün heyətdə yer alacaq.

Yığmanın 15-22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır.

Qeyd edək ki, Ukraynanın U-21 millisi 2023-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda B qrupunda Rumıniya, İspaniya və Xorvatiya ilə mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər